Avropa Parlamenti Ermənistanla bağlı qətnamə qəbul etdi

img

Avropa Parlamenti Ermənistana Aİ-yə üzv olmaq üçün namizəd statusunun verilməsinin mümkünlüyü ilə bağlı qətnamə qəbul edib.

Rezonans.az xəbər verir ki, bu barədə Erməni KİV-ləri məlumat yayıb.

Qeyd olunub ki, qətnamənin lehinə 504 deputat, əleyhinə 4 deputat səs verib.

32 deputat isə bitərəf qalıb.

“Əgər Ermənistan namizəd statusu almaqda maraqlıdırsa və sabit islahatlar, demokratiyasını möhkəmləndirmək yolunda davam etsə, bu, Aİ-Ermənistan münasibətlərində yeni mərhələ ola bilər”, - məlumatda deyilir.

Xəbəri paylaş: