Biləsuvarda 4 nəfər dəm qazından zəhərləndi - Biri öldü

img

Biləsuvarda 4 nəfər dəm qazından zəhərlənib.

Rezonans.az xəbər verir ki, hadisə ötən gün qeydə alınıb.

Belə ki, Cəbrayıl rayon məcburi köçkünləri üçün inşa edilmiş 2 saylı qəsəbədəki 284 saylı mənzildə yaşayan Allahverdiyev Yusif Xalıqverdi, Ağayev Coşqun Zakir oğlu, Ağazadə Zahir Yavər oğlu və Şəbnəm Allahverdiyeva dəm qazından zəhərlənib.

Onlardan Şəbnəm Etibar qızı Allahverdiyevanın hadisə yerində vəfat etməsi məlum olub.

Digər şəxslərə tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: