“Düşünürəm ki, deputatlar səmərəli təkliflər irəli sürəcək”

img

“Nazirlər Kabinetinin (NK) tərkibi formalaşdıqdan sonra hökumət üzvləri ilk dəfədir parlamentdə iştirak edir”.

Rezonans.az xəbər verir ki, bu fikirləri Milli Məclisin (MM) spikeri Sahibə Qafarova parlamentin plenar iclasında bildirib.

Spiker qeyd edib ki, NK-nin illik hesabatlarının MM-də dinlənilməsi parlamentlə hökumət arasında təmasların artmasına, sosial-iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılması və həllində deputatların iştirakına şərait yaradır: “Nazirlər Kabinetinin hesabatı zamanı irəli sürülmüş təkliflər həmişə olduğu kimi, yenə də hökumət tərəfindən ətraflı araşdırılıb. Bu təkliflərin icra vəziyyətinə dair ətraflı məlumat bizə təqdim edilib. Eyni zamanda artıq 4 ildir hesabata ayrıca olaraq sosial və infrastruktur obyektlərinin əsaslı təmiri və tikintisi, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması haqqında deputatların təkliflərinin icrası barədə məlumat da daxil edilir. Düşünürəm ki, deputatlar bu gün aparılan müzakirələrdə fəal iştirak edib səmərəli təkliflər irəli sürəcək”.

Xəbəri paylaş: