Türkiyədə ağır yol qəzası baş verib, yaralılar var

img

Türkiyənin Kırşəhər şəhərində avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi 15 nəfərin yaralanması ilə nəticələnib.

Rezonans.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd olunub ki, Ankaradan Kayseriyə hərəkət edən sərnişin avtobusunun şəhərin Mucur rayonu ərazisində xəndəyə aşıb.

Qəzada yaralanmış sürücü də daxil olmaqla 15 nəfər Mucur və Kırşehirdəki xəstəxanalara aparılıb.

Xəbəri paylaş: