Mingəçevirdə kişi meyiti aşkarlanıb.
Rezonans.az-ın məlumatına görə, hadisə Günəş küçəsi 4a ünvanında qeydə alınıb. İlkin araşdırma zamanı ölən şəxsin 1966-cı il təvəllüdlü Eldar Allahverdiyevə məxsus olduğu müəyyən olunub.
Qeyd edək ki, ölən şəxs bacısı ilə eyni fərdi həyət evində yaşayırmış. Onun psixoloji problemlərdən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.