Keçmiş arvadını və valideynlərini bıçaqlayan şəxs TUTULDU

img

Şəmkirdə bir ailənin üç üzvinü bıçaqlayan şəxs tutulub.

Bu barədə Rezonans.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə hadisəni törədən 1991-ci il təvəllüdlü Sahib Heydərovdur.

O polis əməkdaşları tərəfindən saxlanılıb.

Fakla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbəri paylaş: