Astaranın ucqar dağ kəndinə küçə qaz xətlərinin çəkilişi işləri davam edir

img

Ucqar kənd və qəsəbələrin qazlaşdırılması ilə bağlı görülən işlərin davamı olaraq Astara rayonunun ucqar dağ kəndinə küçə qaz xətlərinin çəkilişi işləri davam edir. 


Rezonans.az xəbər verir ki, çətin relyef şəraitində yerləşən Vənəşikəş kəndinin qazlaşdırılması üçün layihəyə əsasən 9 min metr uzunluğunda müxtəlif diametrli polad borulardan istifadə olunur. Kənd dağlıq ərazidə yerləşdiyindən qaz borularının daşınmasında və maşın-mexanizmlərin işləməsində xeyli çətinlik yaranıb. 


Buna baxmayaraq işlərin aprel ayının sonlarına kimi yekunlaşdırılması nəzərdə tutulub. Bununla da 50 abonentin mavi yanacağa olan tələbatı tamamilə ödəniləcək.

Xəbəri paylaş: