Beyləqanda ov silahları polisə təhvil verilib

img

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Rezonans.az-a bildirilib ki, Beyləqan rayon sakini tapdığı 3 ədəd tüfəngi könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.

Silahları təhvil verən şəxsə təşəkkür edilib.

Xəbəri paylaş: