Şəmkirdə 3 avtomobil toqquşub - Ölən var

img

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Rezonans.az xəbər verir ki, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ 2106", “VAZ 2107" və digər avtomobil toqquşub.

Qəza zamanı 1990-ci il təvəllüdlü Əhmədov Elçin Elxan oğlu hadisə yerində ölüb.1996-ci il təvəllüdlü Həsənov İlham Yılmaz oğlu, 1998-ci il təvəllüdlü İmanov Seymur Nəcəf oğlu və bir qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Xəbəri paylaş: