Dünən 23 kiloqrama yaxın narkotik vasitə müsadirə edilib

img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 24-də ümumi çəkisi 23 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

DİN-in Mətbuat Xidmətindən Rezonans.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 17,4 kiloqramdan artıq marixuana, 2,8 kiloqrama yaxın heroin, 2,4 kiloqrama yaxın tiryək, 310 qrama yaxın metamfetamin və 22 ədəd metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Xəbəri paylaş: