Tacikistanın Baş nazirindən Rusiyadakı terrorla bağlı AÇIQLAMA

img

Tacikistan terrorizmə qarşıdır. Terrorizm əleyhinə Rusiya və beynəlxalq ictimaiyyətlə birgə mübarizə aparmağa hazırıq".

Rezonans.az TASS-a istinadən xəbər verir ki, bunu Tacikistanın Baş naziri Kohir Rəsulzoda "Crocus City Hall"dakı terror aktından sonra Rusiyanın Düşənbədəki səfirliyində açılan başsağlığı kitabına yazıb. 

“Tacikistan beynəlxalq terrorizmin bütün təzahürlərinə qarşıdır və Rusiya və dünya ictimaiyyəti ilə birlikdə bu şərlə barışmaz mübarizə aparmağa davam edəcək”, - deyə başsağlığı mesajında deyilir.

Baş nazir, həmçinin, respublika hökuməti adından həlak olanların yaxınlarına başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb. O, Tacikistan xalqının Rusiya vətəndaşlarının kədərinə şərik olduğunu qeyd edib və terror aktını pisləyib. Bundan sonra Rəsulzoda Rusiyanın respublikadakı səfiri Semyon Qriqoryevlə söhbət edib.

Qeyd edək ki, "Crous City Hall"da törədilən terror aktının iştirakçıları Tacikistan vətəndaşlarıdır. 


Xəbəri paylaş: