"Serbiya tezliklə təhlükə ilə üzləşəcək" - Vuçiç

img

Serbiya tezliklə mühüm milli maraqları üçün təhlükə ilə üzləşəcək". 

Rezonans.az xəbər verir ki, bu barədə Serbiya lideri Aleksandar Vuçiç "Instagram"da xəbərdarlıq mesajı yayımlayıb.  

Dövlət başçısının sözlərinə görə, "son 48 saat ərzində" Belqrad Serbiya və Serb Respublikasının (RS) "həyati vacib milli maraqlarını birbaşa təhdid edən" "xəbər" alıb.

"Yaxın günlərdə mən Serbiya xalqını qarşıda duran bütün çağırışlarla tanış edəcəyəm. Həmişə olduğu kimi çətin olacaq. Biz mübarizə aparacağıq. Serbiya qalib gələcək", - Vuçiç yazıb.

Serbiya lideri başqa təfərrüatları açıqlamayıb.

Xəbəri paylaş: