Ermənistan üçün çox ağır olacaq

img

Aprelin 5-də keçiriləcək ABŞ-Avropa İttifaqı-Ermənistan görüşü faktiki hərbi ittifaqın yaradılması kimi qəbul edilməlidir və bu ittifaq erməni revansizminin güclənməsinə, mövcud olan kövrək sabitliyin və sülhün əleyhinə yönəlib. ABŞ və Aİ-nin 21-ci əsrin tək qalib dövləti olan Azərbaycanin qələbəsini həzm etməməsi, bizə qarşı birbaşa təsir mexanizmlərinə malik olmaması fonunda öz mənfur məqsədlərini darmadağın orduya malik Ermənistanın vasitəsilə həyata keçirməyə çalışır.


Yekunda isə bu fəaliyyətlər Cənubi Qafqazda yenidən münaqişənin alovlanmasına, ikinci bir Ukrayna cəbhəsinin yaranmasına gətirib çıxara bilər ki, bunun nəticələri Ermənistan üçün çox ağır olacaq. 


44 günlük müharibədən sonra Qərb Qarabağda “Kosovo variantı” hazırlamaqla  əllərində olan bütün informasiya resurslarında Azərbaycana və şəxsən Prezident İ.Əliyevə qarşı təzyiq kampaniyası aparmağa çalışırdı. Bu məqsədlər üçün Azərbaycanda qanunsuz maliyyələşmə ilə informasiya resursları yaradır və onları  gücləndiririrdilər. Avropalı siyasətçilər Qarabağa qanunsuz səfərləri edərək Azərbaycan ərazilərində Azərbaycana qarşı bəyanatlar səsləndirirdilər, bu gün Bakıdakı istintaq təcridxanasında ifadə verən və əli dinc sakinlərimizin qanına batan seperatçı rejimi dəstəkləyirdilər. Bütün bu fəaliyyətlər nəticəsiz olduğu üçün indi Qərb  açıq şəkildə Ermənistanla hərbi ittifaq yaratmağa başlayıb. 


Ermənistan yarandığı gündən bu günə kimi qlobal güclərin əlində bir vasitə olub,  ABŞ tərəfindən işğalçının dəstəklənməsi prosesi yeni bir məsələ deyil, bu proses 1992-ci ildə  “907-ci düzəliş” ilə başlayıb və bu gün də davam edir. Həmin dövrdə Rusiya hakimiyyəti Ermənistana 1 milyard dollarlıq silah-sursat verirdi, ABŞ da Azərbaycana yardımı məhdudlaşdırırdı, Fransa da həmişə olduğu kimi Ermənistanı aşkar dəstəkləyirdi. İndi Rusiya Ermənistanın "hansı yuvanın quşu olduğunu" anlayıb, lakin ABŞ və Fransa Azərbaycana, İrana, Rusiyaya və Türkiyəyə qarşı fəaliyyətlərində Ermənistandan aktiv istifadə etmək üçün İrəvan ilə hərbi ittifaq yaradır.  


Yaxın keçmişdə regiona xarici qüvvələrinin gəlişinin “qırmızı xətt” olduğu bəyan edən İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin davranışaları isə təəccüb doğurur. Mehdi müəllim ölkəsinin maraqlarını tamamilə unudub və gecə gündüz Fransanın İrəvandakı vəkili kimi çıxışlar edir. M.Subhani fransalı səfir Olivye Dekotini ilə birgə Qərbi və Paşinyan rejimini tərənnüm etməkdən xüsusi zövq alır. 


Ermənistandan qoşunlarını çıxarmaq barədə hər gün bəyanatlar alan Kreml də regiona ABŞ və Aİ müdaxiləsinə qarşı hələlik Mariya Zaxarova səviyyəsində qısa bir açıqlama ilə cavab verib.  

ABŞ və Qərbin Yaxın Şərqə, Əfqanıstana, Gürcüstana və Ukraynaya müdaxilələrinin nəticəsi bu gün hamıya yaxşı məlumdur. Ermənistanın Qərblə hərbi sahədə əməkdaşlığı regiona kənar qüvvələrin öz maraqları çərçivəsində müdaxiləsinə birbaşa yol açır. Bu əməkdaşlıq əvvəlcə Azərbaycana, sonra isə Rusiya, İran və Türkiyəyə qarşı yönələcək. Odur ki, adı çəkilən ölkələr səylərini birləşdirib Ertmənistanın ABŞ və Avropa İttifaqı ilə -Ermənistan hərbi ittifaq yaratmasının qarşısını almalıdır. Əks halda regionda böyük təlatümlər, yeni müharibələr qaçılmaz olacaq. 


Demək olar ki, Ermənistandan qoşunlarını çıxarmaq barədə hər gün bəyanatlar alan Kreml də regiona ABŞ və Aİ müdaxiləsinə qarşı hələlik səssizdir. 


ABŞ və Qərbin Yaxın Şərqə, Əfqanıstana, Gürcüstana və Ukraynaya müdaxilələrinin nəticəsi bu gün hamıya yaxşı məlumdur. Ermənistanın Qərblə hərbi sahədə əməkdaşlığı regiona kənar qüvvələrin öz maraqları çərçivəsində müdaxiləsinə birbaşa yol açır. Bu əməkdaşlıq əvvəlcə Azərbaycana, sonra isə Rusiya, İran və Türkiyəyə qarşı yönələcək. Odur ki, adı çəkilən ölkələr səylərini birləşdirib Ertmənistanın ABŞ və Avropa İttifaqı ilə -Ermənistan hərbi ittifaq yaratmasının qarşısını almalıdır. Əks halda regionda böyük təlatümlər, yeni müharibələr qaçılmaz olacaq. 


Ədalət Verdiyev, hərbi ekspert

Xəbəri paylaş: