BMT İsrailin konsulluğa endirdiyi zərbəyə görə iclas keçirəcək

BMT İsrailin konsulluğa endirdiyi zərbəyə görə iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası İsrailin İran konsulluğuna endirdiyi zərbə ilə bağlı iclas keçirəcək.

Rezonans.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.

O bildirib ki, hücumdan sonra iranlılar BMT Təhlükəsizlik Şurasına bu hərəkəti pisləmək tələbi ilə müraciət ediblər:

“İranlıların məktubundan sonra isə biz açıq iclasını tələb etdik. İclas aprelin 2-də Nyu-York vaxtı ilə saat 15:00-a planlaşdırılıb”.

Xəbəri paylaş: