Tayvanda son 25 ilin ən güclü zəlzələsi OLDU

Tayvanda son 25 ilin ən güclü zəlzələsi OLDU

Tayvan yaxınlığında 7,5 bal gücündə zəlzələ baş verib.

Rezonans.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, Yaponiyanın cənubunda yerləşən Okinava və Miyako adaları üçün sunami təhlükəsi elan edilib.

Təbii fəlakət nəticəsində bir nəfər həyatını itirib, 50-dən çox insan xəsarət alıb. 

Adanın Mərkəzi Meteorologiya İdarəsinin rəhbəri Vu Jianfu Tayvanda baş verən zəlzələnin 21 sentyabr 1999-cu ildən bəri ən güclü zəlzələ olduğunu bildirib.

“Bugünkü 7,5 bal gücündə zəlzələ 21 sentyabr 1999-cu ildən bəri ən güclü zəlzələ olub. Zəlzələ bütün Tayvanda, o cümlədən mərkəzi və şimal hissələrdə hiss edilib”, - o,  qeyd edib. Bildirilir ki, 25 il əvvəl Tayvanın Jiji şəhərində 7,3 bal gücündə zəlzələ baş verib. O zaman 11 mindən çox insan yaralanıb.

Xəbəri paylaş: