Naxçıvanda Ombudsmanın icraatına daxil olan müraciətlər 2,8 dəfə artıb

img

Naxçıvan Muxtar Respublikasında Ombudsmanın icraatına daxil olan müraciətlər 2,8 dəfə artıb.


Ombudsmanın mətbuat xidmətindən Rezonans.az-a bildirilib ki, bu barədə aprelin 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının növbəti plenar iclasında Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva illik məruzəsində məlumat verib.

Günay Rzayeva çıxışında Ombudsmanın ünvanına daxil olan müraciətlərlə bağlı bəzi statistik göstəriciləri diqqətə çatdıraraq, 2023-cü ildə 274 müraciətin daxil olduğunu deyib və müraciətlərdə əks olunan məsələlərdən bəhs edib. Daxil olmuş şikayətlərin hüquqi kateqoriyasına görə sosial təminat, əmək, hüquq və azadlıqların məhkəmə təminatı və mülkiyyət hüququ ilə bağlı müraciətlər çoxluq təşkil etdiyi vurğulanıb.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasında yeni idarəçilik institutunun yaradılması effektiv idarəçiliyin təmin edilməsinə, idarəetmənin təkmilləşdirilməsinə, vətəndaş-məmur münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasına xidmət edib. Həmçinin dövlət orqanlarının fəaliyyətində şəffaflığın, operativliyin, çevikliyin artırılması, xidmətlərin daha keyfiyyətli, rahat və müasir innovasiyalarla həyata keçirilməsi hüquq institutlarına, o cümlədən Ombudsman təsisatına inamı artırıb. Belə ki, 2023-cü ildə Ombudsmanın icraatına daxil olan müraciətlərin sayı əvvəlki illə müqayisədə 2,8 dəfə artıb və müraciətlərin 36 faizində hüquq pozuntusu aradan qaldırılıb.



Xəbəri paylaş: