Rəşad Kərimovun çin dilində “Vətən müharibəsi tarixi, şəxsiyyət faktoru” kitabı nəşr olunub

img

Bu günlərdə “Şərq-Qərb” nəşriyyatında Bakı Şəhər İcra Hakimiyyəti və AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabı çin dilində nəşr edilmişdir. Azərbaycan, türk, rus, ingilis, ərəb və fars dillərində işıq üzü görmüş kitabı çin dilinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Şərqi Asiya şöbəsinin müdiri, hüquq elmləri üzrə fəlsəfə doktoru, Pekin Dillər və Mədəniyyət Universitetinin Fəxri professoru Rəşad Kərimov tərcümə etmişdir. 


Rezonans.az xəbər verir ki, kitab Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan 44 günlük Vətən müharibəsinə həsr olunmuşdur. Həmçinin monoqrafiyada Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qələbə strategiyasının əsas istiqamətləri işıqlandırılmışdır. 


“Vətən müharibəsi tarixi” kitabının yeni buraxılışı çindilli oxucuların və hərb mütəxəssislərinin maraq və diqqətini qazanacaqdır.

Xəbəri paylaş: