Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır

img

Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır. Ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması eləcə də ölkə daxilində həyata keçirilən beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin uğurlu icrası dünya dövlətləri tərəfindən Azərbaycana marağı artırmışdır.


Artır Afrika dövlətləri də Azərbaycanla siyasi, iqtisadi əlaqələrin qurulmasına böyük əhəmiyyət veririlər. Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana səfər etməsi bunun bariz nümunəsidir. Prezident cənab İlham Əliyev  Konqo Respublikasının Prezidenti ilə görüşdən sonra mətbuata bəyanatla çıxış etdi. Azərbaycanla Konqo arasında imzalanmış Əməkdaşlıq haqqında Bəyannamə iki ölkə arasında dostluq əlaqələrinin yüksəlməsinə böyük təkan verəcək və uğurla inkişaf etdirilməsinə zəmin  yaradacaq. 


Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Konqo dövləti hər zaman Azərbaycana öz dəstəyini göstərmişdir. Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə təşkilat beynəlxalq aləmdə nüfuzlu bir quruma çevrilmişdir. Məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platforması yaradılmışdır. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə dünyada neokolonializmə qarşı mübarizə məsələləri ön plana çəkilmişdir. Neokolonializmə qarşı Azərbaycanın təşəbbüsü ilə yaradılmış Bakı Təşəbbüs Qrupunun fəaliyyəti də dünyada böyük hörmət qazanmışdır. 

Azərbaycan bir sıra dövlətlərdə böyük investisiya layihələri  həyata keçirir. Azərbaycanla Konqo  arasında imzalanmış sənədlərə əsasən ölkəmiz Konqo iqtisadiyyatının bir sıra sahələrinə investisiya yatırmaq haqqında razılığa gəlmişdir. Azərbaycanla kənd təsərrüfatı, mədənçilik, energetika, bərpa olunan enerji sahələrində Konqo dövləti ilə əməkdaşlıq əlaqələri qurulacaq və inkişaf etdiriləcək. Azərbaycanla Konqo arasında yüksək səviyyəli əlaqələr gələcəkdə iki dövlət arasında strateji əməkdaşlığın yaranmasına zəmin olacaq.


Kamilə Əliyeva 

Milli Məclisin deputatı, professor

Xəbəri paylaş: