
Bu gün Beyləqan rayonunda ağır yol qəzası baş verib.
Rezonans.az xəbər verir ki, rayonun Şəfəq qəsəbəsi ərazisində “İSUZU” markalı avtobus sürücünün idarəetməsindən çıxaraq su kanalına aşıb. Qəza nəticəsində xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.
DİN-nin Mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı xəbəri saytımıza təsdiq edib.
Faktla bağlı Beyləqan RPŞ-da araşdırma aparılır.