Faydalı qazıntı yataqları sahələrində ağacəkmə aksiyalarına start verildi

img

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və “AzRosPromİnvest” MMC-nin təşkilatçılığı ilə Qazax rayonu ərazisində yerləşən “Daş Salahlı” bentonit gili yatağı üzrə istismarı yekunlaşan ərazilərdə ağacəkmə aksiyası keçirilib. Agentliyin, MMC-nin əməkdaşlarının, Qazax rayon icra hakimiyyətinin nümayəndələrinin və yerli sakinlərin iştirakı ilə 7 hektar sahədə torpaq-iqlim şəraitinə uyğun 1600 ağac əkilib.

Rezonans.az xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən istismarı yekunlaşan və ehtiyatı bitmiş faydalı qazıntı yataqları sahələrində rekultivasiya işlərinin aparılmasına və ağacəkmə aksiyalarına start verilib.

Xəbəri paylaş: