Qazaxda təmir sexi yandı

img

Qazax şəhərində ümumi sahəsi 1500 m² olan, 25 boksdan ibarət avtomobil təmiri sexinin yanar konstruksiyaları 1200 m² sahədə, içərisindəki avtomobil ehtiyat hissələri 1200 m² sahədə, təmirə dayanan 3 ədəd avtomobil yanıb.

Rezonans.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, obyektin qalan hissəsi, ərazidə dayanan avtomobillər və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbəri paylaş: