
Muxtar respublika ərazisində güclü yağan yağışlar nəticəsində Batabat avtomobil yolunun 17-ci km- də qaya uçqunu baş verib. Nəticədə iri qaya parçaları aşaraq hərəkətin məhdudlaşmasına səbəb olub.
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətindən Rezonans.az-a verilən məlumata görə, dərhal əraziyə Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub.
Qısa müddət ərzində qaya parçaları dağıdılaraq ərazidən uzaqlaşdırılıb və sözügedən yol ilə rahat, təhlükəsiz hərəkət təmin olunub.