Pentaqon rəhbəri Lloyd Ostin həftə sonu İranın İsrailə hücumundan sonra İsrailin müdafiə naziri Yoav Qalantla üçüncü danışıqlarını keçirib.
Rezonans.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Pet Rayder bildirib.
"Nazir vurğulayıb ki, ABŞ eskalasiyaya can atmasa da, biz İsraili və Amerika personalını qorumaq üçün bütün lazımi tədbirləri görməyə davam edəcəyik", - deyə o bildirib.
"ABC News" televiziya kanalı yüksək rütbəli Amerika müdafiə və təhlükəsizlik rəsmilərinə istinadən xəbər verib ki, Birləşmiş Ştatlar İsrailin cavabında iştirak etmək niyyətində deyil.