Mən həmkarıma Azərbaycanla danışıqlarda baş verən son hadisələri təqdim etdim".
Rezonans.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə birgə bəyanatları zamanı deyib.
Paşinyan əlavə edib ki, hökumət Ermənistan və Azərbaycan arasında artıq razılaşdırılmış üç prinsip əsasında regionda sabit və davamlı sülhün bərqərar olmasına hazır olduğunu bir daha təsdiq edir: "Bunlar 1991-ci il dekabrın 21-də Qazaxıstanın Almatı şəhərində qəbul edilmiş bəyannamənin prinsipləri əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin həyata keçirilməsi, o cümlədən dövlətlərin suverenliyinə və yurisdiksiyasına hörmət, qarşılıqlılıq və bərabərlik əsasında regional infrastrukturun blokunun açılması prinsipləri ilə həyata keçirilməsidir.
Əlavə etmək istərdim ki, dövlətlərin suverenliyi və müstəqilliyi ilə bağlı oxşar mövqeyimiz, o cümlədən regional infrastrukturların və nəqliyyat kanallarının şaxələndirilməsində qarşılıqlı marağımız yuxarıda qeyd olunan istiqamətdə birgə işlərin aktivləşdirilməsi üçün münbit zəmin yaradır".