Naxçıvanda ƏDV ödəyicilərinin sayı artıb

img

Naxçıvan Muxtar Respublikasında aprelin 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 9,2 faiz artaraq 16936 olub.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Rezonans.az-a bildirilib ki, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 12,4 faiz artıb və 481 təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 4,8 faiz artaraq 5579-a çatıb.

Xəbəri paylaş: