Qırğızıstanda TikTok qismən məhdudlaşdırıldı

img

Qırğızıstanda TikTok sosial şəbəkəsinin fəaliyyəti ilə bağlı qismən məhdudiyyətlər tətbiq edilib.

Rezonans.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, artıq TikTok-a mobil cihazlardan da, kompüterlərdən də daxil olmaqda çətinlik yaranıb. Həmçinin, bu sosial şəbəkədən videolar təxminən 5-10 dəqiqəyə yüklənir.

Qeyd edək ki, bir neçə gün öncə ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi Rəqəmsal İnkişaf Nazirliyinə məktub yazaraq aprelin 18-dək ölkədə TikTok-a girişin məhdudlaşdırılmasını tələb edib.

Xəbəri paylaş: