Sonuncu Brüssel görüşü: -Azərbaycan diplomatiyasının birmənalı qələbəsi

img

Mayın 22-də Brüsseldə Aİ Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə hər hansı ciddi sənəd imzalanmasa belə, görüşün yekununu birmənalı şəkildə Azərbaycanın növbəti diplomatik qələbəsi hesab etmək olar.

 Bunu Rezonans.az-a açıqlamasında deputat İltizam Yusifov deyib.

 Onun sözlərinə görə, Azərbaycanın diplomatik qələbə əldə etməsinə görüşün yekunu olaraq mətbuata açıqlamaya diqqət yetirmək kifayətdir.

“Birincisi, danışıqlar masasında  Ermənistanın təklif etdiyi gündəlik müzakirə edilib və buna uyğun yekun razılaşma əldə edilib.  Bu isə onu deməyə əsas verir ki, qərb Azərbaycanın mövqeyini daha ədalətli və arqumentli olduğu üçün rəsmi Bakının mövqeyini dəstəkləyir və bu mövqedən çıxış edir. Ermənistanın tərəfinin təklifi dinlənilsə də, onun yekun rəyə elə də ciddi təsiri olmayıb.  Ona görə də Qərb  İrəvanı təcili sülh sazişinin imzalanmasına sövq edir və bu istiqamətdə aktivlik nümayiş etdirir.   

İkinci əsas məqam  sərhədlərin delimitasiya və demarkasiyasi ilə bağlı olan məsələdə müsbət irəliləyişin əldə edilməsidir. Çünki aprelin 6-da keçirilən görüşdə indiyədək  sərhədlərin demarkasiyası ilə bağlı komissiyanın formalaşdırılaraq, iclasının keçirilməsi nəzərdə ttulurdusa, amma bu iclas Ermənistan tərəfinin fəaliyyətsizliyi nətyicəsində bu günüə kimi reallaşmayıb.  Baxmayaarq ki, Azərbaycan tərəfi artıq  komissiyanın tərkibini müəyyən edərək iclasın keçirilməsini gözləyir.  Görüşdə bu məsələ bird aha müzakirə edilib və iclasın yaxın günlərdə reallaşacağı barədə tərəflər arasında növbəti dəfə razılıq olunub. Əgər Ermənistan tərəfi yenə də  cığallığından əl çəkməyib, vaxtı uzadqsa, bu, onların  mövqeyinə ciddi zərbə olacaq və çıxılmaz vəziyyətə salacaq.

 Üçüncü əsas amil isə Aİ Şurasının prezidenti Şarl Mişelin  Qarabağın hər hansı statusundan deyil, məhz  orada yaşayan etnik ermənilər ifadəsi işlətməsidir.  Diplomatik dillə desək bu, Qərbin brimənalı şəkildə Qarabağın hər hansı formada statusundan imtinası və Azərbaycanın tərkibində olması anlamına  gəlir. Yəni Qərb  44 günlük müharibənin nəticələrini və Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallığı qəbul etməsidir. 

Etnik ermənilərin hüquqları və təhlükəsizlik məsələsinə gəldikdə, Azərbaycanın bu məsələdə mövqeyi aydın və konkretdir. Və bunu də hər zaman açıqlayıb. Vətəndaşlığı qəbul edəcək  ermənilər digər Azərbaycan vətəndaşları kimi eyni  kontitusion hüquqa malik olacaq. Onlaırn hüquqları və təhlükəsizliyi dövlət tərəfindən təmin ediləcək. 

 Üçüncü əsas məsələ  kommunikasiya ilə əlaqədar nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılığa gəlinməsidir. Tərəflər  Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəliblər. Beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları, qaydaları barədə razılaşam isə yeni bir uğurudur.Bu məsələ ilə bağlı yaxın günlərdə Baş nazirlərin müavinləri səviyyəsində görüşün keçirilməsi nəzərdə tutulur.  Bu isə o deməkdir ki,  Zəngəzur dəhlizi açılacaq və kimsənin buna şübhəsi ola bilməz.  Zəngəzur dəhlizi təkcə iki ölkə arasında kommunikasiya əlaqəsi deyil, eyni zamanda regional əməkdşalıqla yanaşı,  bütövlükdə regonun sabitliyi və inkişafı deməkdir. 

 Dördüncü mühüm məqam sülh sazişi üzərində işlərin başlanması məqsədi ilə yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətlərinin görüşünün nəzərdə tutulmasıdır.

Görüşdə ciddi müsbət məqamlardan biri də davamlı sülhün əldə olunmasında və bölgənin sosial-iqtisadi inkişafına Avropa İttifaqının ciddi dəstək verməsini bəyan etməsidir. Və yekun olaraq bu məqsədlə davamlı olaraq iki ölkə liderləri ilə görüşlər keçrimək barədə razılığın əldə edilməsidir. Növbəti belə bir görüşün iyul-avqust aylarında  keçirilməsi barədə razılığın əldə edilməsidir”- deputat qeyd edib.

 O əlavə edib ki, əgər Ermənistan üzləşdiyi böhranlardan xilas olub, siyasi, sosial-iqtisadi sabit ölkə kimi inkişaf etmək istəyirsə,  o zaman yaranmış fürsəti dəyərləndirib, Azərbaycanən şərtlərinə uyğun sülh sazişi imzalamalıdır: “Danışıqlar prosesini uzadıb, vaxt qazanmaq Ermənistana müsbət heçə nə vəd etmir.  Vaxt uzatmaq ancaq və ancaq  Ermənistana böhranın dərinləşməsini və dövlətçiliyinə təhdidi vəd edir”.

Xəbəri paylaş: