Türkiyədə daha bir cinayətkar dəstə çökdürüldü

img

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Batmanda 8 vilayətdə həyata keçirilən “Mahzen-30” əməliyyatında Doğan Güneyin rəhbərlik etdiyi “Odacılar” mütəşəkkil cinayətkar dəstənin çökdürüldüyünü açıqlayıb.

Rezonans.az xəbər verir ki, nazir bu barədə “X” hesabında paylaşım edib.

O, cinayətkarlıqla məşğul olanlara qarşı əməliyyatların davam etdiyini vurğulayıb: “Əməliyyatlar zamanı mütəşəkkil cinayətkar qruplaşmanın rəhbərlərindən olan Yonca Onat da daxil olmaqla 34 şübhəli saxlanılıb. İstəyirəm ki, əziz millətimiz bunu bilsin ki, hansı böyüklükdə olursa-olsun, mütəşəkkil cinayətkar təşkilatları sıradan çıxarıb ədalətə təslim edəcəyik. Əməliyyatlarımız dan yeri ağaranda da, günəş batanda da  davam edəcək”.

Xəbəri paylaş: