Yasamalda gənc qızı avtomobil vurdu

img

Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Rezonans.az -ın məlumatına görə, "İnşaatçılar" metrostansiyasının yanında avtomobil yolu keçən 2000-ci il təvəllüdlü Allahverdiyeva Aynur İbad qızını vurub.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: