Reketçiliklə məşğul olmaq istəyən təşkilatlar var - PA rəsmisi

img

Hazırda 200-ə yaxın qeydiyyata alınmaqla bağlı müraciət edib.

 

Rezonans.az-ın məlumatına görə, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.

 

PA rəsmisinin sözlərinə görə, araşdırmaların nəticəsində məlum olub ki, onların böyük əksəriyyəti reketçiliklə məşğul olmaq istəyirlər.

 

“Ona görə də hesab edirəm ki, hər müraciət edəni qeydiyyata almamalıyıq. Biz ictimai şuralarla bağlı qanunu da təkmilləşdirməliyik”,- sektor müdiri deyib.

Xəbəri paylaş: