Liftdə köməksiz qalan 7 nəfər xilas edilib - VİDEO

img

Fövqəladə Hallar Nazirliyi xilasetmə əməliyyatı görüntülərini yayıb.

Rezonans.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunun Məhəmməd Hadi və Sabit Orucov küçələrində, habelə Nizami rayonunun Elşən Süleymanov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binalarının liftlərində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal FHN-in Bakı Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri müvafiq olaraq çağırış üzrə cəlb edilib.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, texniki nasazlıq səbəbindən yaşayış binalarındakı liftlər dayanıb və vətəndaşlar liftlərdə köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrlə liftlərin qapısını açaraq köməksiz vəziyyətdə qalan 5-i azyaşlı olmaqla 7 nəfər sakini xilas ediblər.


Xəbəri paylaş: