
Qərbi Azərbaycanda man doğulduğum, yaşadığım kənddə, bölgədə bu quşlara Hacıleylak deyirdilər.
Ona görə də uşaqliqda bu quşlara daş atmazdıq, yuvalarına toxunmazdıq. Onları müqəddəs sayırdıq. Təbiətin bizim gözəl yerlərə, ellərə bəxş etdiyi bu gözəl quşlar bizim uşaqlığımızın ən gözəl xatirələrindən biridir. Biza elə gəlirdi ki, bu quşlar dünyanın har yerində olurlar. Necəki uşaq olanda elə bilirdik ki, bütün kəndlərin ortasından böyük bir çay axır, qırağından Araz çayı keçir, başının üstündə əzəmətli AĞRI dağı dayanır. Sən dema elə deyilmiş. Sonralar bildim ki, bu müqəddəs saydığımız quşlar hər bölgədə olmur. Özləri də çox dayali, hörmətli quşlardır. Dünyanin hər yerində insanlar bu quşları sevirlər, həttə Türkiyənin şəhərində bu quşlara heykəl də qoyublar.
Bəzi uzaq ölkələrdə səfərlərdə olarkən bu quşlara rast gələndə o yerlər də mənə doğma kimi gəlirdi, elə bilirdim kəndimizdəki leyləklərdir. Elektrik dirəklərinin başında bunların yuvaları olardı. Hacıleyləklərin özlərinə yuva qurmaları bir ayrı yaradıcılıq işi idi, o qədər mükammal, möhkam yuvalar qururdular ki, hündürlükdə, soyuqda, qarda, yağışda neçə illər dağılmırdı. Özü də bu quşlar ömürlərinin axırına kimi bir birlərinə sadiq qalırlar. Köçəri idilər, sonralar qış mülayim keçdiyindən çox vaxt köç etmazdilər. Kimin evinə yaxın yerdə yuva qursaydılar, onları öz Hacıleylakimiz sanırdıq. Onlar gələn yazda köçüb gələndə də onları tanıyardıq. Elə o xatirələrlə də bu quşları yenə də özümə yaxın sanıram. Doğurdan da gözal quşlardır. Adlarına gözal şeirlar yazılıb, mahnılar bəstələnib. İnsanlar bunları xoşbaxtlik simvolu kimi sayırlar.
Təbiətin bu gözəl, möcüzəli canlılar haqqında bildiklərimi yazmaqda, xatırlamaqda məqsədim yenə də insanlarda sevgi, sədaqət kimi ülvi hisslərin təzələnməsi, ruhən böyük olmaların arzusudur.
Sultan Əsədov