Goranboyda narkomaniyaya qarşı maarifləndirici görüş keçirilib

img

Goranboy rayonunun bir neçə kənd orta məktəbində “Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına zərərli təsirləri” mövzusunda görüş keçirilib.


Rezonans.az xəbər verir ki, tədbirdə çıxış edən RPŞ-nin əməkdaşları narkotikin yaratdığı problemlərdən, insan səhhətinə vurduğu zərərlərdən ətraflı söhbət açıb. Aparılan mübarizə üsulları və rayon ərazisində polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarṣı görülən tədbirlər iştirakçıların diqqətinə çatdırılıb. 


Sonda şagirdlərə dəyərli tövsiyələr verilib və maraq doğuran suallar cavablandırılıb.


Xəbəri paylaş: