Yardımlıda mal-qara oğuruları SAXLANILDI

img

Yardımlıda mal-qara oğurlayan şəxslər saxlanılıblar.

 

Bu barədə Rezonans.az-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Məlumata görə, Yardımlı rayon sakini olan iki nəfər yaşadıqları kəndin ərazisindəki örüş sahəsindən iki baş inəyin oğurlanması barədə polisə məlumat verib.

 

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən X.Baloğlanlı və tanışı Ş.Əliyev müəyyən edilərək saxlanılıblar.

 

Araşdırmalar aparılır.

Xəbəri paylaş: