Qusarda kafe yandı

img

Qusar şəhərində ümumi sahəsi 160 m² olan birmərtəbəli obyektin (kafe kimi fəaliyyət göstərir) mətbəxinin, dəhlizinin yanar konstruksiyaları 28 m² sahədə və dam örtüyü 80 m² sahədə yanıb.

Rezonans.az FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan 2 otağın lambirdən ibarət tavanı 12 m² sahədə əriyib.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbəri paylaş: