Nazirlik Xırdalanda ağacların kəsilməsi ilə bağlı iddianı araşdırır

img

Xırdalan şəhərinin Mehdi Hüseynzadə küçəsi, Misir parkının yanında piyadalar üçün nəzərdə tutulmuş səkilər sökülüb. 

Rezonans.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bundan əlavə izləyicilər hadisə yerindən çəkilən fotolara yazılan şərhlərdə iddia ediblər ki, adıçəkilən ünvanda xeyli ağac olub və bir gecənin içində kəsilib.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq. Qurumun mətbuat katibi İradə İbrahimova məsələdən xəbərdar olduqlarını bildirdi: “Hazırda araşdırma aparılır. Nəticəsi barədə məlumat verəcəyik”.

Xəbəri paylaş: