Ermənistan XİN-dən Qazaxıstan görüşü barədə açıqlama

img

“Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyanla Ceyhun Bayramov Almatıda görüşəcəklər”.

Rezonans.az “Aysor” portalına istinadən xəbər verir ki, bunu Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan deyib. 

“Bildiyimiz kimi, Qazaxıstan tərəfinin təklifi əsasında Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşü barədə razılıq var. Görüşün Almatıda baş tutacağı dəqiqləşib”, - deyə Badalyan qeyd edib. 

Bununla belə, görüşün konkret tarixi açıqlanmayıb. 

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşəcəyini deyib.

Xəbəri paylaş: