Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək - KİV

img

“Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək”

Rezonans.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “MediaHub” portalı yayıb. 

Saytın mənbələrinin sözlərinə görə, hazırda Paşinyanın sözügedən tədbirə getməməsi qərara alınıb: “Mahiyyət etibarilə, Ermənistan bir daha göstərmək istəyir ki, o, Rusiyadan tərəfdaş olaraq narazıdır”.

Bildirilir ki, Paşinyan yalnız mayın 8-i Avrasiya İqtisadi İttifaqının yubiley sammitində iştirak etmək üçün Rusiyada olacaq: “Lakin Paşinyan 9 may – Qələbə Günü münasibətilə təşkil edilən tədbirlərdə iştirak etməyəcək. Bu, artıq Qərbin tələbidir”.

Xatırladaq ki, Vladimir Putinin andiçmə mərasimi mayın 7-də Moskva vaxtı ilə 12:00-da keçiriləcək.

Xəbəri paylaş: