“Azərsu” ASC-nin zəng mərkəzinin işində fasilə yarandı

img

“Azərsu” ASC-nin zəng mərkəzində problem yaranıb.

Rezonans.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı feysbuk hesabında paylaşım edib:

“Yaranmış texniki problemlə əlaqədar 955 Zəng Mərkəzinin işində fasilə yaranıb. Problemin həlli məqsədilə rabitə təsərrüfatı tərəfindən tədbirlər görülür” , - A.Cəbrayıllı qeyd edib.

Xəbəri paylaş: