Göyçayda 63 yaşlı kişi xəsarətdən öldü, oğlu saxlanıldı

img

Göyçay rayon sakini, 1961-ci il təvəllüdlü Əhmədov Eynulla Sahabqulu oğlunun əllə yetirilən xəsarətdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Rezonans.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Əhmədovun oğlu Kamal Əhmədov saxlanılıb. 

Araşdırma aparılır.

Xəbəri paylaş: