Qazaxıstanın sabiq DİN rəhbəri saxlanıldı

img

Qazaxıstanın keçmiş daxili işlər naziri Erlan Turqumbayev saxlanılıb.

Rezonans.az “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Sabiq nazir ötən gün 2022-ci ilin yanvar hadisələri ilə bağlı cinayət işləri üzrə aparılan istintaq tədbirləri çərçivəsində saxlanılıb.

E. Turqumbayev “ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui- istifadə” maddəsi üzrə ittiham olunur.

“Cinayət işində dövlət sirri təşkil edən məlumatlar var, ibtidai istintaqın digər detalları açıqlanmır”, - Baş Prokurorluqdan bildirilib.

Xəbəri paylaş: