Səudiyyə şahzadəsi Türkiyəyə GƏLİR⅝

img

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Türkiyə, Kipr, Yunanıstan, İordaniya və Misirə səfər etməyi planlaşdırır.

 

Rezonans.az xəbər verir, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

 

Səfər zamanı o, regional və beynəlxalq məsələləri müzakirə edəcək, həmçinin enerji və ticarət sahələrində sazişlər imzalayacaq.

 

Bu, 2018-ci ildə məşhur səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsindən və COVID-19 pandemiyasının başlanmasından sonra şahzadənin regiona ilk səfəri olacaq.

Xəbəri paylaş: