Nazir müavini Ankaraya səfər etdi

img

Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin paytaxtı Ankara şəhərinə səfər edib.

Rezonans.az xəbər verir ki, aprelin 29-da nümayəndə heyəti Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Erkan Kayalar, Türkiyə Respublikası milli təhsil nazirinin müavini Celile Eren Ökten ilə görüş keçirib.

Görüşlər zamanı Azərbaycanla Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın müxtəlif istiqamətləri üzrə müzakirələr aparılıb. 

Aprelin 30-da nümayəndə heyəti Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvarla görüşüb. Görüşdə Türkiyə–Azərbaycan Universitetinin (TAU) fəaliyyətinin təşkilinə dair zəruri məsələlər müzakirə edilib.

Xəbəri paylaş: