Azərbaycan neftinin qiyməti 3 dollara yaxın ucuzlaşdı

img

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 3 dollara yaxın ucuzlaşıb.

 

Rezonans.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,47 ABŞ dolları, yaxud 2,77 % azalaraq 86,63 ABŞ dolları təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Xəbəri paylaş: