Şəmkirdə ev və avtomobil yandı

img

Şəmkirdə yanğın hadisəsi baş verib.

Rezonans.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonunun Çənlibel kəndində həyətyanı sahədə dayanan “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri, yaxınlıqda ümumi sahəsi 40 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və damına yığılan 2 ton ot bağlamasının 1 tonu, bitişik ümumi sahəsi 80 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb.

Evin, tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbəri paylaş: