Ermənistanın səhiyyə naziri istefaya göndərilir

img

Ermənistanın səhiyyə naziri Anahit Avanesyan tezliklə vəzifəsindən azad ediləcək.

Rezonans.az xəbər verir ki, bu barədə məliumatı yerli KİV-lər yayıb.

Səbəb kimi Avanesyanın işlədiyi dövrdə səhiyyə sahəsində sui-istifadə halları və digər faktlar göstərilir.

Nazirlər Kabinetindəki mənbənin bildirdiyinə görə, hakimiyyətin ən yüksək dairələrində uzun müddətdir ki, Avanesyan öz idarəetmə və nəzarət səlahiyyətlərini səmərəli şəkildə həyata keçirə bilməyən nazir hesab olunur.

Avanesyanın işdən çıxarılması barədə qərarın qəbul edilməsinə həm də Martuni Tibb Mərkəzinin tikintisi zamanı qeydə alınan əhəmiyyətli nöqsanların baş nazirdən gizlədilməsi səbəb ola bilər.

Qeyd edilir ki, hakimiyyət artıq nazir postuna bir neçə namizədi nəzərdən keçirir.

Xəbəri paylaş: