Səbuhi Abdullayev vətəndaşlarla görüş keçirib

img

Qəbələ Rayon İcra Hakimyyətinin başçısı Səbuhi Abdullayevin növbəti səyyar qəbulu Böyük Pirəli kəndində keçiriib. 


Rezonans.az xəbər verir ki, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərlərinin, kənd ictimaiyyəti nümayəndələrinin və ağsaqqalların iştirak etdiyi tədbirdə icra başçısı Səbuhi Abdullayev Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkənin bütün regionlarının, eləcə də Qəbələ rayonunun sürətli iqtisadi və mədəni inkişafından söz açmış, aparılan böyük tikinti-quruculuq işlərindən, əhalinin maddi rifahının yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi istiqamətində görülən işlərdən danışmışdır. Qəbul zamanı kənd sakinləri tərəfindən qaldırılan məsələlərin bir çoxu yerində həll edilmiş, digərlərinin həlli nəzarətə götürülmüşdür.


Görüşdə çıxış edən kənd sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.


Xəbəri paylaş: