Qəzza zolağının bərpasına 40 milyard dollar lazımdır - BMT

img

HƏMAS və İsrail arasında silahlı münaqişə zamanı ciddi ziyan dəymiş Qəzza zolağının bərpası üçün 30-40 milyard dollar lazımdır.

 

Rezonans.az-ın məlumatına görə, bu barədə Qərb KİV-ləri xəbər verib.

 

"BMT-nin İnkişaf Proqramının ilkin hesablamaları göstərir ki, Qəzza zolağının yenidən qurulması üçün 30 milyard dollardan çox vəsait tələb olunacaq və bu məbləğ 40 milyard dollara çata bilər", - deyə BMT-nin İnkişaf Proqramının ərəb ölkələri üzrə regional ofisinin direktoru Abdulla əd-Dərdari bildirib.

 

Onun sözlərinə görə, dağıntıların miqyası dağıntıların miqyası böyük və misli görünməmişdir.

Xəbəri paylaş: