Pakistanda avtobus qəzası - 15 ölü, 22 yaralı

img

Pakistanın şimalındakı Gilgit-Baltistan bölgəsinin Diamir rayonunda sərnişin avtobusunun dərəyə düşməsi nəticəsində azı 15 nəfər ölüb, 22 nəfər yaralanıb.


Rezonans.az xarici KİV-ə istinadən istinadən xəbər verir ki, hadisə yerinə gələn polis və xilasetmə qrupları xəsarət alanlar arasında uşaqların da olduğunu bildirib.

 

Bəzi sərnişinlər hələ də avtobusda qapalı qaldığı üçün ölənlərin sayının arta biləcəyi ehtimal edilir.

 

Polisin ilkin araşdırmasına görə, qəza sürücünün sürət həddini aşması səbəbindən idarəetməni itirməsi nəticəsində baş verib.

 

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Xəbəri paylaş: