İranın yanaşması düzgün deyil - Yaşar Gülərdən sərt TƏNQİD

img

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər İranı tənqid edib.

 

Rezonans.az TRT kanalına istinadən xəbər verir ki, İranın terrorçulara münasibətinin birmənalı olmadığını dilə gətirib.


Gülərin sözlərinə görə, İran sərhədində PKK üzvlərinə qarşı əməliyyatlar zamanı terrorçular sərhədi keçərək qaçırlar.


“İranlı dostlarımızla danışırıq, deyirik ki, bu nöqtədən qarşıya keçdilər, ora getdilər, biz də izlədik. PUA-dan baxırıq, görürük. Amma iranlı dostlarımız cavab verirlər ki, baxdıq, orada heç kim yoxdur. Əlbəttə ki, narahatıq. Dostlarımızın yanaşması xoş deyil”, - deyə müdafiə naziri vurğulayıb.

Xəbəri paylaş: